İqtisadiyyat
18.08.2015 / 16:01

Azərbaycan neft ixracını artırır

Azərbaycan neft ixracını artırırAzərbaycan neft ixracını artırır Ümumiyyətlə, Azərbaycan bu ilin yeddi ayında 19 milyon 449 min 733 ton xam neft ixrac edilib. Yanvar-iyul aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə 15 milyon 841 min 66 ton, Bakı-Supsa neft boru kəməri ilə 2 milyon 428 min 978 ton, Bakı-Novorossiysk neft kəməri ilə 762 min 146 ton neft ixrac olunub. Ölkədən 417 min 543 ton neft isə dəmir yolu nəqliyyatı ilə daşınıb.

Yeddi ayda 19 milyon 449 min 733 ton xam neft ixrac edilib
Dövlət Gömrük Komitəsinin açıqlamasına əsasən, hesabat dövründə Azərbaycandan 5 milyard 226 milyon 322 min kubmetr təbii qaz ixrac edilib. Bu müddətdə gömrük bəyannamələri əsasında rəsmiləşdirilən 144 milyon 265 min dollar dəyərindəki təbii qaz ixracı 906 milyon 974 min kubmetr təşkil edib.

Inform.az

Baxış sayı: 334