Baş xəbər, Ədəbiyyat
18.08.2015 / 10:20

Urmiyada türkcə "Rəzəvi Şer Festivalı"

Urmiyada türkcə "Rəzəvi Şer Festivalı" Güney Azərbaycanın Urmiya əyalətinin islami irşad və mədəniyyət idarəsinin baş direktoro axund Məhəmmədbağır Kərimi avqustun 17-də jurnalistlərə açıqlamasında Urmiyada Azərbaycan türkcəsində keçiriləcək “Rəzəvi Şeir Festivalı”ndan danışıb.

Axund Məhəmmədbağır Kərimi deyib ki, “Bu şeir festivalı avqustun 20-də Urmiya şəhərində keçiriləcək. Maddi vəsaitlə bağlı mövcud problemlərə baxmayaraq biz həmin festivalı ən yaxşı şəkildə keçirməyə çalışacağıq".

Hazırda “Rəzəvi Şeir Festivalı”nın rəhbərliyinə Azərbaycan türkcəsində 342 əsər daxil edilib. Bunlardan 320 əsər festivala qatılmaq istəyən daxili iştirakçılara, 22 əsər isə xarici vətəndaşlara məxsusdur.
Ölkənin 20 şəhər və əyaləti, o sıradan da Tehran, Təbriz, Zəncan, Ərdəbil, Məşhəd, Qəzvin və Kərəc şəhərləri Festivala qatılacaqlar. Festivalın xarici qonaqları isə İraq, Türkiyə və Azərbaycan Respublikasından olacaqlar”

Festivalda dini mövzuda şerlər səsləndiriləcək.

İnform.az

Baxış sayı: 532