İdman
17.08.2015 / 19:37

"Real"da yeni kapitan

"Real"da yeni kapitan Qol.Az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, kapitanlıq sarğısını bu gün Madrid təmsilçisi ilə yeni müqavilə imzalayan Serxio Ramos daşıyacaq.

Son 5 mövsümdə "Real"ı kapitan sarğısı ilə meydana İker Kasilyas çıxarıb. Lakin "Real"ın canlı əfsanəsi bu yay "Portu"ya transfer olunduğu üçün rəhbərlik kapitanlıq sarğısını Ramosa həvalə edib.

Qeyd edək ki, 2005-ci ildə "Sevilya"dan "Real"a transfer olunan Ramos Madrid klubunun heyətində keçirdiyi 314 oyunda 40 qola imza atıb. 29 yaşlı müdafiəçi bu gün imzaladığı yeni müqaviləyə əsasən 2020-ci ilə qədər "Real"ın şərəfini qoruyacaq.

İnform.az

Baxış sayı: 204