Sosial
17.08.2015 / 16:03

Bakı-Sumqayıt qatarına qiymət bəlli olub

Bakı-Sumqayıt qatarına qiymət bəlli olub Bakı- Sumqayıt qatarının gediş haqqı 70 qəpik olacaq.

Bu haqda öz açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Nazim Əzməmmədov bildirib.

“Biz idarəmiz tərəfindən Tarif Şurasına qiymətlərin 70 qəpik olması barədə təklif paketi hazırlayıb təqdim etmişik. Lakin son qərarı Tarif Şurası verəcək. Təqdim etdiyimiz qiyməti aşağı salmaq yaxud qaldırmaq onların səlahiyyətində olan məsələdir ”- N. Əzməmmədov bildirib.

Xidmət rəhbəri biznes-klas üçün nəzərdə tutulan yerlərin qiymətinin də şura tərəfindən müəyyən ediləcəyini, bunun üçün qiyməti tənzimləyən idaərəyə xususi qiymət üçün müraciət etmədiklərini bildirib.

İnform.az

Baxış sayı: 293