Hadisə
15.06.2015 / 01:13

Mənzildə meyit aşkarlandı

Mənzildə meyit aşkarlandıXırdalanda mənzillərdən birində insan meyiti aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu Xırdalan şəhərində 1968-ci il təvəllüdlü İsayeva Afaq Əlibaba qızının mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

İnform.az-ın FHN-in saytına istinadən məlumata görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin meyitini aşkar ediblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Baxış sayı: 711