Baş xəbər, Hadisə
17.08.2015 / 12:07

"Şahdağ" Milli Parkında yanğın

"Şahdağ" Milli Parkında yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şahdağ Milli Parkında baş verən yanğnla bağlı məlumat açıqlayıb. ETSN-in mətbuat xidmətindən verilən xəbərə görə, yanğının söndürülməsi üçün dərhal ETSN-in yerli qurumlarının nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri, habelə yerli əhali hadisə yerinə cəlb olunub. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.

Qeyd olunub ki, hava şəraiti küləkli və isti olduğundan yanğın daha geniş ərazini əhatə edib. Bu gün səhər saatlarında yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri də yanğın ərazisinə cəlb olunub.

İlkin ehtimala görə yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.

İnform.az

Baxış sayı: 432