Sağlamlıq
17.08.2015 / 11:07

Qanvermə aksiyası keçirilib

Qanvermə aksiyası keçirilib Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə avqust ayı ərzində regionlarda könüllü qanvermə aksiyaları keçirilir. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, bu günə qədər aksiyalar Şabran, İmişli, Sabirabad, Şirvan və Ucar rayonlarında keçirilib.

Məlumatda deyilir ki, aksiyalarda ümumilikdə 360 nəfər iştirak edib: “Şabran rayonunda keçirilmiş aksiyada 46 nəfər, İmişlidə 58 nəfər, Sabirabadda 133 nəfər, Şirvanda 83 nəfər, Ucarda 40 nəfər qan verib”.

Qeyd olunub ki, bu gün qanvermə aksiyası Astara şəhərində keçirilir: “Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq”.

İnform.az

Baxış sayı: 289