İqtisadiyyat
17.08.2015 / 10:53

Naxçıvanda biznes forum

Naxçıvanda biznes forum Azərbaycanın Naxçıvan Muxtar Respublikasında İranın Qərbi Azərbaycan vilayətinin birinci “İstehsal və ixracat imkanları” sərgisi keçirilib.

İranın Naxçıvandakı baş konsulluğundan verilən məlumata görə, mərasimdə İranın Naxçıvandakı baş konsulu Mansour Airom, Qərbi Azərbaycan valisinin siyasi işlər üzrə müavini Əlireza Radfər, Naxçıvan MR Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov, iqtisadiyyat və sənaye naziri Famil Seyidov, kənd təsərrüfati naziri Elşad Əliyev, və digər rəsmilər iştirak ediblər.
Mərasimdə çıxış edən Mansour Airom ikitərəfli əlaqələrin yüksələn templə inkişafına toxunaraq deyib ki, hər iki dövlət başçıları qarşılıqlı əlaqələrin dərinləşdirilməsini istəyir, bu sərginin Naxçıvanda ilk dəfə keçirilməsi hər iki tərəfin məsul şəxslərinin səyi nəticəsində baş tutub və qarşılıqlı əməkdaşlıqda yeni mərhələ olacaq.

Daha sonra digər rəsmilər çıxış edərək, sərginin vacibliyinə toxunublar.
Sərgi çərçivəsində iştirak edən şirkət və müəssisə sahiblərinin iştirakı ilə həmçinin biznes forumu da keçirilib. Naxçıvan MR iqtisadiyyat və sənaye nazirin və Qərbi Azərbaycan vilayətinin sənaye, mədən və ticarət təşkilatının rəhbərin iştirakı ilə keçirilən bu forumda İran və Naxçıvan arasında keçmiş ticari əlaqələr, mövcud maneələr, problemlərin həlli yolları müzakirə olundu və sahibkarların fikirləri dinlənildi.

İnform.az

Baxış sayı: 308