Maraqlı
16.08.2015 / 08:41

Nyu Yorkda tarixi öpüş

Nyu Yorkda tarixi öpüşİnform.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Nyu Yorkun məşhur Times Meydanında təxminən 200 cüt eyni anda öpüşərək həm İkinci Dünya Müharibəsinin sona çatmasının 70-ci il dönümünü qeyd edib, həm də o dövrlərdə yayılan məşhur fotoşəkili yenidən canlandırıb.

Döyüşün bitdiyi 14 Avqust 1945-ci ildə Amerikalı foto müxbiri Alfred Eisenstaedt, Times Meydanında bir dənizçi əsgərin ağ paltarlı tibb bacısı ilə öpərkən şəklini çəkmişdir.

Döyüşün bitməsindən xəbər verən bu fotoşəkil "Times Meydanında Yaponiyaya qarşı Zəfər Günü”-nü xatırladan şəkil kimi əbədiləşdirilmişdir.

Cütlərdən bəziləri fotoşəkildəki kimi dənizçi və tibb bacısı paltarları geyinib. Belə “kütləvi” öpüşmə İkinci Dünya Müharibəsində iştirak edən əsgərlərin şərəfinə altıncı dəfə təşkil edilib.
Cütlüklər sırasında 15 Avqust 1945-ci ildə evlənən döyüşçü Ray Uilliams və həyat yoldaşı da yer alıb.

Qeyd edək ki, fotoşəkil ilk dəfə çəkildikdən təxminən bir həftə sonra "Life" adlı bir jurnalda nəşr olunmuşdu.

Ancaq Eisenstaedt şəkilini çəkdiyi cütlüyün heç birinin adını soruşmamışdı. Fotoşəkildə üzləri görünməyən şəxslərin kimliyi bu gündə bəlli deyil.

Baxış sayı: 262