Maqazin, Müsahibə
15.08.2015 / 11:16

Orxan Rəhmanlı: “Onun kimisini axtarmaq axmaqlıqdır...”

Orxan Rəhmanlı: “Onun kimisini axtarmaq axmaqlıqdır...” Həmsöhbətim fotoqraf Orxan Rəhmanlıdır.

- Orxan, neçə ildir professional fotoqrafsan?

- Artıq beş ildir fotoqrafam. Üç il həvəskar olaraq çalışmışam, iki ildir peşəkar kimi davam edirəm.

- Ustad deyə biləcəyin fotoqraf həmkarın var?

- Bu sahədə heç kimi özümə ustad hesab etmirəm. Çünki, kimsə mənə peşəmlə bağlı nəyisə öyrətməyib nə bacarmışamsa, özüm öyrənmişəm.

- Fotograflar kollegiyasının üzvüsən?

- Keçən il mənə bu barədə yazdılar, məni sıralarına qoşulmağa dəvət etdilər, amma hələ də üzv olmamışam.

- Peşən sənə mükafat qazandırıbmı?

- Xeyr, heç bir müsabiqəyə qatılmadığım üçün mükafatım da yoxdur. Amma Azərbaycanın ən məşhur fotosu mənə aiddir.
Tural ve Leyla cütlüyünün toyundan olan kadr sosial şəbəkədə geniş yayıldı. Xanımlar ata evlərindən köçdükləri üçün kövrəlirlər. Bu foto da onun ən gözəl nümunəsi idi.
Orxan Rəhmanlı: “Onun kimisini axtarmaq axmaqlıqdır...”
Birdə gənc cütlüyü velisopedlə “love story”-ə çəkmişdim.Bu fotonu beynəlxalq “Velotur” jurnalında dərc etmişdilər.


- Toy fotoqrafı kimi çox yaxşı işlərin var... Fotoreportyorlar toy fotoqraflarına dırnaq arası baxırlar. Bu səni qıcıqlandırmır?

Orxan Rəhmanlı: “Onun kimisini axtarmaq axmaqlıqdır...”
- Qəbul etməmələri onlara qalsın. Pop musiqi ilə muğam necə ki, bir - birinə aid deyil, bu məsələ də eynidir. Hər biri bir başqa zövqdür, bir başqa sahədir.

- Ömrünün sonuna kimi toy fotoqrafı olacaqsan?

- Çox güman ki hə. Bilmək olmaz həyat nə göstərəcək, amma fikrim budur.

- Orxan, bu sahədə istiqaməti dəyişdirməyi düşünmürsən?Məsələn müharibə fotoreportyoru, və yaxud təbiəti, heyvanları lentə alan fotoreportyor olmaq fikrindən keçmir?

- Müharibədə çəkiliş etmək qısaca desəm, arzumdur. Hər bir işin öz çətinliyi və məsuliyyəti var.

- Gördüyün işlə varlanmaq olar?

- Sevdiyin işlə məşğulsansa, demək ki, sən artıq varlanmısan.

- Mənəvi məlum məsələ... söhbət maddiyyatdan gedir...

- Düzgün çalışmaq varsa,əziyyət varsa Allah əvəzini bir gün verir.

- Dəyərli bir fikir var- o insan xoşbəxtdir ki, xobbisini pula çevirməyi bacarır.

- Elədir.

- Bu sahədə təhsilin varmı?

- Xeyr, foto ilə bağlı hec bir təhsilim yoxdur.

- Hansı sahədə təhsil almısan?

- Kooperasiya universitetində maliyyə ixtisası üzrə təhsil almışam.

- Məncə bunun hec bir fərqi yoxdur. Bayron, Çingiz Aytmatov kimi böyük şəxsiyyətlərin parladıqları sahələrdə təhsilləri olmayıb.

- Bəlkə təhsilləri olsaydı, daha da mükəmməl alınardı.

- Bəlkə də təhsilləri olsaydı, özlərini sübut etmək üçün yazıb yaratmazdılar.
Ömrünün neçənci baharındasan?

- Bu barədə heç danışmayaq.

- Ay Orxan, birinci dəfədir sənin kimi düşünən qarşı cinslə rastlaşıram. Adətən qadınlar yaşını gizlədir.

- Onlar yaşlı görünməmək səbəbindən bunu edirlər. Məndə durum tamam başqadır.

- Aydındır... Sən də tam əksidir. Yaşlanmağa tələsirsən. Həyatın anlamı sənin üçün nədir?

- Bu bir az çətin sual oldu... Hər dəfəsində bir anlam tapmaq olar, yəni sonsuzdur....amma mənə qalarsa üç, dörd vacib şərtlər var. Sevmək, işləmək, cinsi əlaqə və içmək.

- Bu dördlükdən hansının daha vacib olduğunu hesab edirsən?

- İçkini tərgitmək olar, amma digərləri ayrılmaz üçlükdür.

- Qadınlarla necə anlaşırsan? Başa düşmək çətin olmurki?

- Mənə elə gəlir özüm çətin adam olmadığıma görə heç bir çətinlik olmur.

- Sevginin ömrü üç ildir?

- Beşillik sevgi yaşamışam bunu deyə bilərəm...
Orxan Rəhmanlı: “Onun kimisini axtarmaq axmaqlıqdır...”
- Unutdun?

- Unutmalı idim.

- Və?..

- Unutdum.

- Ondan sonra sevmisən?

- Hələ ki, yox.

- Bu sənin seçimindir yoxsa onun kimisi qarşına çıxmayıb?

- Onun kimisini axtarmaq axmaqlıqdır, məncə sadəcə hələ qismət olmayıb.

- Necə yəni axmaqlıdır? Layiq deyildi? Yoxsa sənə görə ondan yaxşısı yoxdur?

- Yox, biz çox xoş ayrılmışıq hələdə əlaqəmiz var. Sadəcə alınmırsa, bir yerdə axsayırsa, məcbur etmək lazım deyil.

- Ayrılığa səbəb qısqanclıq olmayıb?

- Yox məndə elə şey yoxdur. Olsa da heç vaxt biruzə vermirəm. Həm də yanımdakı xanım mənə xoş olmayan bir hərəkət edəcəksə, onun mənim yanımda yeri ola bilməz.

- Fotoqraflıqdan başqa hobbin var?

- Kitab oxuyuram, ara-sıra hobbi demək olarsa…
Orxan Rəhmanlı: “Onun kimisini axtarmaq axmaqlıqdır...”
- Sevdiyin yazarlardan kimin adını çəkə bilərsən?

- Orxan Kamal, Varis, Dostoyevski, Çingiz Abdullayev

- Hansı bədii obrazda özünü görürsən?

- Mən çox vaxt pessimist kitablar oxuyuram ,ona görə də hal-hazırda ağlıma elə bir obraz gəlmir…
- Adətən çox mütaliə edəndə yaradıcı insanlarda yazarlıq hissi baş qaldırır. Səndə vəziyyət necədir?

- Şeirlər yazırdım əvvəl, amma indi yazmıram.

- Bəlkə birini bölüşəsən?

- Umidim ancaq qəlbimə qalib,
Həsrətin könlumdə tufan qoparıb,
Kədərin eşqindən xatirə qalıb,
Bircə bu sevgini alma əlimdən!

İşıqlı dunyamı zülmət elədin,
Sevginin yoluna ayrı söylədin,
Ümidi , xəyalı girib,məhv etdin,
Bircə bu sevgini alma əlimdən!


- Təbiətcə romantiksən?

- Bəzən romantik oluram, amma bundan mümkün qədər uzaqlaşdırıram özümü.

- O qadın üçün yazılıb?

- Yox…

- Kişi eyni anda iki qadını sevə bilər?

- Mümkün deyil.

- Sosial şəbəkədə fəalsan, kifayət qədər dostun, abunələrin var. Sevgi təklifləri bezdirmir səni?

- Tez-tez olur.(Gülür)

- Fotoqraflar adətən zövqlü olurlar…Necə qadınlar səni cəlb edir?

- Sadə xanımlar məni daha çox cəlb edir…

- Sadəlik nədir sənin üçün?

- Yəni “make up” sız da gözəl olan qadınlar.

- Çirkin qadını sevmisən?

-Yox.

-Subay oğlansan“Love story” “Toy” fotosessiyalarının çəkiliş anı - səmimi cütlüklərin sevgi aurası səndə evlənmək istəyi yaratmır ki?

-Çox olur.

- Cütlüklər var ki, onların həm “love” həm "nişan" həm də “toy” fotosessiyalarını etmisən. Həmin cütlüklərlə dostluğunuz davam edirmi?

- Hamısı ilə deyil, amma bəziləri var ki, görüşürük. Bəzən evlərinə dəvət edirlər.

- Belə özün yaxşısan?

- Əla, sən necəsən?

- Əla.

- Gec olmadı necə olduğumu soruşmaq? (Gülür)

- Gələn dəfə salamlaşmağı mütləq əvvələ salacam.

- Orxan, təşəkkürlər…

- Sağol, Xəyalə.

Xəyalə ƏLİHEYDƏR /İnform.az

Baxış sayı: 1745