Dünya
15.08.2015 / 07:26

İrandan Ərəb birliyi cəhdi

İrandan Ərəb birliyi cəhdiİran, Qərb ölkələri ilə əldə etdiyi nüvə razılaşmasından sonra, indi də Suriya və Yəmən mövzusunda Körfəz ölkələri ilə müzakirələrə hazırlaşır.

İnform.az Almaniya mətbuatına istinadən xəbər verir ki, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan, səkkiz Körfəz ölkəsi ilə aparılacaq müzakirələrin ilk turuna sentyabr ayında start verilməsinin planlaşdırıldığını bildirib.

Abdullahiyan müzakirələrin xarici işlər nazirləri səviyyəsində ya iştirakçı ölkələrdən birində ya da müzakirələrə qatılmayan bitərəf bir ölkədə aparılacağını qeyd edib.

Müzakirələrdə Suriya və Yəməndə yaşanan hadisələrlə əlaqədar olaraq, Körfəz ölkələrinin ortaq bir siyasi fikirə gəlməsinə cəhd ediləcək.

Əsas məqsəd isə IŞİD-ə qarşı daha təsirli mübarizə aparmaq üçün yolların axtarılması olacaq.

Danışıqlara altı Körfəz ölkəsi, Bəhreyn, Qatar, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri ilə yanaşı Türkiyənin də qatılacağı bildirilir.

Baxış sayı: 358