Baş xəbər, İqtisadiyyat
14.08.2015 / 18:48

"SOCAR" payını ABŞ-a satıb

"SOCAR" payını ABŞ-a satıb "SOCAR Turkey Energy" şirkəti "Petkim Holding"də olan iştirak payından 13%-i 1,3 mlrd. ABŞ dollarına beynəlxalq investorlarla satıb.
"SOCAR"-ın payını ABŞ-ın "Goldman Sachs" (GS) və "JP Morgan" (JPM) banklarının birgə yaratdığı "Goldman Sachs International" investisiya şirkəti alıb.

Bu qiymətə "Goldman Sachs International" şirkəti "SOCAR Turkey Energy"dən əlavə emissiya olunacaq 890,6 mln. ədəd səhm əldə edəcək.

Qeyd edək ki, bundan öncə "SOCAR Turkey Energy"nin "Petkim Holding"də payı 61,32% olub.

İnform.az

Baxış sayı: 458