Siyasət
14.08.2015 / 15:45

BQP namizədlərini açıqlayıb

BQP namizədlərini açıqlayıb Böyük Quruluş Partiyası parlament seçkilərində iştirak edəcək daha 10 namizədinin adını açıqlayıb.

Böyük Quruluş Partiyası parlament seçkilərində iştirak edəcək daha 10 dairədən deputatlığa namizədlərini müəyyənləşdirib.

Bu barədə partiya sədri, millət vəkili Fazil Mustafa məlumat verib. Sədr qeyd edib ki, avqustun 13-də partiyanın Siyasi Qurulunun növbədənkənar iclası keçirilib.

Partiya başqanının sədrliyi ilə keçirilən iclasda partiyanın daha on seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlər müəyyən edilib və onların təsdiq olunması məsələsinin Ali Məclisin növbəti iclasının gündəliyinə salınması barədə qərar qəbul edilib.

İnform.az

Baxış sayı: 401