Şərhlər
14.08.2015 / 15:34

Yer kürəsinin taleyi

Yer kürəsinin taleyi
Aydın MƏDƏTOĞLU / İnform.az


“Yer kürəsinin taleyi necə olacaq?” sualı hər zaman aktual olmuş və ya yalnız elm adamlarının deyil, bir çox insanların da marağına səbəb olmuşdur. Mövzu ilə bağlı indiyə qədər bir çox nəzəriyyələr ortaya atılmış, hətta bir çox nəzəriyyəçilər bu başı bəlalı dünyanın sonunun fəlakətlə qurtaracağını irəli sürmüş və bu gün də irəli sürməkdədirlər.
Kainatdakı hər planet, ulduz və digər cisimlər öz bölgələrində hərəkət etməkdədir. Bu cisimlər bir-birindən müəyyən uzaqlıqda yerləşdiyindən onların bir-biri ilə çarpışması mümkün deyildir. Hər planet öz peykini kontrol etdiyindən digərləri üzərində heç bir təsirə malik deyildir. Ona görə də heç bir cism bir-birilə toqquşa bilməz, heç bir planet bir-birilə birləşə bilməz. Günəş sisteminə daxil olan Yer kürəsi də günəş var olduğu sürəcə yox ola, ölü bir dünyaya çevrilə bilməz. Qütblərin hərəkətləri son olaraq təyin edildiyindən mövsimlər dəyişə bilməz.
Doğrudur, Təbiətdə bir çox eroziya və oksidləşmə nəticəsində dağlar və bir çox quru sahələr yavaş-yavaş su altında qalacaq və dənizlərə tökülən böyük çaylar sayəsində dənizlərə tökülən torpaq və digər materiallarla adalar yaranacaq. İnsanlar yenidən ilk dövrlərdə olduğu kimi torpaqları yararlı hala salacaq, dağ yamaclarında olduğundan daha məhsuldar edəcəklər.
Milyonlarca il sonra vulkanik qazların hamısı Yer kürəsinin bədənindən təmizlənəcək və beləliklə də zəlzələlər, vulkanlar, od və palçıq püskürmələr Yer kürəsinin tarixinə çevriləcək, insanlar qasırğa və sunamilərin bəlasından qurtulacaq, böyük elm birikimi sayəsində harmonik, ahəngli və nizamlı bir həyat sürəcəklər. Mübarizə, müharibə, dava-dalaş, kin-küdurət, paxıllıq, təkəbbürlük, tamahkarlıq, xudpəsəndlik və s. bu kimi insana və insanlığa yaraşmayan şeylər də insanlığın tarixinə çevriləcək.
Müstəmləkəçi dövlət və imperatorluqlar Yer üzündən silinəcək, insan topluluqlarının yaratdığı tək və böyük bir Birlik olacaq, insanlar gerçək anlamda bir-biri ilə qardaş olacaqdır! Mən buna varlığım qədər inanıram.
Sual oluna bilər ki, sonra nə olacaq?
Cavab olaraq bildiririk ki, sonrasını yalnız Tanrı bilir.

Baxış sayı: 431