Qarabağ
14.08.2015 / 15:22

ATƏT monitorinq keçirib

ATƏT monitorinq keçirib Müdafiə Nazirliyinin yaydığı xəbərə görə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də qoşunların təmas xəttində monitorinq keçirilib.

Monitorinq Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında baş tutub.

Monitorinq zamanı hər hansı bir insident qeydə alınmayıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov izləyiblər.

İnform.az

Baxış sayı: 448