Sağlamlıq
14.08.2015 / 13:17

Səhiyyə Nazirliyi xəbərdarlıq edib

Səhiyyə Nazirliyi xəbərdarlıq edib Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə bir daha ciddi xəbərdarlıq edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, özəl tibb müəssisələri tərəfindən xarici tibb mütəxəssisləri dəvət edilərkən Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na uyğun olaraq həmin ali və ya orta tibb işçiləri üçün Səhiyyə Nazirliyindən şəhadətnamə alınmalıdır: “Şəhadətnamə, dəvət edilmiş əcnəbinin tibb mütəxəssisi olmasını müəyyənləşdirən və onun Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə sənəddir”.

Bildirilir ki, yuxarıda qeyd edilən tələblərə riayət etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar.

İnform.az

Baxış sayı: 410