İqtisadiyyat
14.08.2015 / 12:35

Bakı-İslamabad aviareysinin açılışı təxirə salınıb

Bakı-İslamabad aviareysinin açılışı təxirə salınıb Bakı-İslamabad aviareysinin açılışı təxirə salınıb. Bu barədə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, reys bu həftə baş tutmalı idi, lakin texniki səbəblərə görə müvəqqəti təxirə salınıb.
Səfir reysin yerinə yetirilməsinin yeni tarixini açıqlamayıb.
Qeyd edək ki, avqustun 12-dən "Türkiyə Hava Yolları" şirkətinə məxsus təyyarələr həftədə 2 dəfə İslamabad-Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirməli idi.
Aviauçuşların bərpa olunması haqqında razılıq Pakistanın prezidenti Məmnun Hüseynin bu ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı əldə olunub.

İnform.az

Baxış sayı: 378