Mədəniyyət
14.08.2015 / 11:45

Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi

Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi Kəngərli Rayon Mədəniyyət Evində Naxçıvan Musiqi Kollecinin musiqi kollektivlərinin iştirakı ilə konsert təşkil olunub. Konsertdən əvvəl Naxçıvan Musiqi Kollecinin direktoru Həsən Seyidov çıxış edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il martın 29-da imzaladığı “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın onların gələcək fəaliyyətinə böyük qayğının ifadəsi olduğunu qeyd edib.

Hazırda kollecdə 11 ixtisas üzrə 552 tələbə təhsil alır. Bu tələbələrin təlim-tərbiyəsi ilə 181 müəllim və konsertmeyster məşğul olur. 1975-ci ildən ötən dövr ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dən çox məzunu olub.


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 528