Elm-təhsil
13.08.2015 / 17:13

Orta ixtisas müəssisələrinə seçim elan edilib

Orta ixtisas müəssisələrinə seçim elan edilib Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 14-dən 19-dək internet vasitəsilə ixtisas seçimi elan edir. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ixtisas seçim cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

İnform.az

Baxış sayı: 407