Texnologiya
13.08.2015 / 17:03

Banklar istifadəçiləri ürək ritminə görə tanıyacaq

Banklar istifadəçiləri ürək ritminə görə tanıyacaq Kanadanın “TD Bank” bankı “MasterCard” və “Nymi” texnologiya şirkəti ilə birgə təmassız ödəniş funksiyasına malik ilk qolbaq təqdim ediblər. Bu texnoloji yenilik istifadəçini ürək ritmi üzrə tanıyır. İlk 100 qolbaq artıq Toronto, Ottava və Recaynda sınaqdan keçirilir. İlin sonunadək pilot proqrama, həmçinin Kanadanın başqa bankları da qoşulacaq.

“Nymi” adlanan qolbaqlar daxili ötürücü ilə təchiz edilib və sahibinin unikal elektrokardioqramını tanıyır.

Ötən il 14 milyon dollar məbləğində maliyyə cəlb etmiş “Nymi” şirkəti daşınan elektronika və təmassız ödənişlərin inkişafına imkan yaratmağı və istifadəçilərə ödəniş etmək prosesində ürək ritminin köməyi ilə özünü tanıtmaq imkanını verməyi planlaşdırır.

İnform.az

Baxış sayı: 330