Hərbi
13.08.2015 / 13:22

Monqolustan sərhədçiləri Bakıdadır

Monqolustan sərhədçiləri Bakıdadır Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsinin (SMBİ) rəisi, general-mayor Şarxuu Lxaçinjavın başçılıq etdiyi nümayəndə Azərbaycana rəsmi səfərə gəlib.

DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə səfərin məqsədi Azərbaycan Respublikasının sərhəd təhlükəsizlik sistemi, Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizəsi üzrə fəaliyyəti və qabaqcıl təcrübəsi ilə tanışlıqdan ibarətdir.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev tərəfindən qəbul ediliblər.

Baxış sayı: 450