Maqazin
13.08.2015 / 11:57

Afaq Bəşirqızı yeni serialda

Afaq Bəşirqızı yeni serialda Xalq artisti, sevilən aktrisa, saysız-hesabsız obrazları ilə tamaşaçıların ürəyində iz qoyan Afaq Bəşirqızı yeni seriala çəkilir. Əslində, bu xəbər çoxları üçün gözlənilməz oldu. Çünki ömrünü sənətə həsr edən bu xanımın son illərdə, demək olar ki, heç bir film və serialda çıxışına rast gəlmirdik. böyük sənətkarımız müsahibələrinin birində seriallarda olmamasını belə izah etmişdi: "Məni ən çox qıcıqlandıran məsələ serialların çəkilməsinin kommersiya tərəfidir. Serialları çəkən rejissorlar qısa müddətdə özlərinə mənzil, bahalı maşınlar və sair alıblar, aktyorlara isə yox dərəcəsəində qonorar verilir. Mən heç zaman seriala çəkilməklə bağlı təklif almamışam. Çünki onlar bilirlər ki, sadaladığım bu nöqsanların qarşısında mən heç bir seriala çəkilmərəm".



Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 371