Mədəniyyət
13.08.2015 / 11:46

Milli Kitabxanada görüş

Milli Kitabxanada görüş İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri və Urmiya İncəsənət İdarəsinin rəhbəri M.F Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar. Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara ölkələrimiz arasında mövcud əlaqələrdən, xalqlarımızın oxşar mədəniyyətə, adət-ənənəyə sahib olmasından söz açıb. Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi Azərbaycan ilə İran arasında mövcud siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıb.

Azərbaycan Milli Kitabxanası ilə əlaqələrin bundan sonra daha da genişlənəcəyini bildirən qonaq mütəmadi olaraq Azərbaycan şair və yazıçılarının əsərlərinin fars dilinə tərcümə olunduğunu vurğulayıb.

Kərim Tahirov fürsətdən istifadə edərək İran İslam Respublikasının Milli Kitabxanasının və Təbriz Milli Kitabxanasının direktorlarını sentyabrda Bakıda keçiriləcək IV Bakı Beynəlxalq Kitab sərgi yarmarkasına dəvət edib.

Qeyd edək ki,sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 357