Dünya
13.08.2015 / 10:15

ABŞ prezidentinə xərçəng diaqnozu

ABŞ prezidentinə xərçəng diaqnozu ABŞ-ın eks prezidentlərindən olan Cimmi Karterə xərçəng diaqnozu qoyulub. Karter bir müddət öncə qara ciyər əməliyyatı olmuşdu.
Eks preziden Corciya ştatındakı xəstəxanalardan birində müalicə ediləcək.
90 yaşlı Karter 1977-81-ci illərdə ABŞ prezidenti olub.
Prezidentlikdən sonra o, "Karter Dərnəyi" yaradaraq, bir sıra yardım layihələri həyata keçirmişdi. Məhz bu fəaliyyətinə görə 2002-ci ildə "Nobel Sülh Mükafatı"na layiq görülmüşdü.

İnform.az

Baxış sayı: 329