İdman
13.08.2015 / 05:27

Velosipedçilərimiz beynəlxalq yarışda

Velosipedçilərimiz beynəlxalq yarışdaAzərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” avqustun 13-16-da Çexiya velosiped turunda mübarizə aparacaq. İnform.az-ın Apasport.az saytına istinadən verdiyi məlumatına görə, təmsilçimiz Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında 5 velosipedçi ilə çıxış edəcək.

Bu yürüşdə komandanı Maksim Averin, Elgün Əlizadə, Tural İsgəndərov, Matey Müqerli və Markus Eybeger təmsil edəcək.

Proqrama əsasən, sabah start götürəcək turun ilk mərhələsində 23 iştirakçı kollektiv 20,4 kilometr məsafəyə komanda şəklində vaxta qarşı mübarizə aparacaq.

Növbəti üç gün ərzində isə velosipedçilər müvafiq olaraq 178, 199 və 145 kilometr məsafəyə qrup ötüşməsində yarışacaqlar.

Baxış sayı: 270