Hüquq
12.08.2015 / 12:46

Narkotikin keçirilməsinin qarşısı alınıb

Narkotikin keçirilməsinin qarşısı alınıb Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Emin Əsəd oğlu Əliyevin ziyarətinə gələn Bakı şəhər sakini Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilən zaman bir ədəd kartofun içərisinə kustar üsulla yerləşdirilmiş bir ədəd sellofana bükülmüş xalis çəkisi 1,27 qram olan narkotik vasitə - marixuana aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

İnform.az

Baxış sayı: 348