Layihələr, Kürsü qənimləri, Baş xəbər, Şərhlər
12.08.2015 / 11:30

AZAL-ın gəlir ehtirası...

AZAL-ın gəlir  ehtirası...
Xalidə XALİD / İnform.az

İnform.az saytında “Kürsü qənimləri” layihəsini yaratmaqla əsas məqsədimiz bir mətbuat qurumu olaraq məmur təbəqəsinin, onlara etibar olunan kürsüdən sui istifadə etmələrinin, eləcə də onların mənfi əməllərinin hesabına xalqda hakimiyyətə qarşı mənfi rəyin formalaşmasının qarşısının alınmasına qərəzsiz tənqid vasitəsiylə az da olsa yardım etməkdir.

“Kürsü qənimləri” layihəsinin ilk “qonağı”,ona etibar olunan kürsüyə qənim kəsilən, Azərbaycan vətəndaşlarının, eləcə xarici ölkələrdə yaşayan, onun “mərhəmət”i üzündən doğma məmləkətə, ailələrini ziyarətə gəlməyə çətinlik çəkən AZAL-ın rəhbəri, cənab Cahangir Əsgərovdur.
Kainat yaranandan bu günə insan övladı ən şirin xəyallarını səmalarda qanad çalan göyərçinlərin qanadında, dəniz üzərində qanadlanan qağayıların nəğməsində axtarıb, min bir xəyal qurub. O xəyalları gerçəkləşdirə-gerçəkləşdirə bu günki Qlobal dünyanın əsirinə çevrilib.
İnsan...Uca Yaradanın ən böyük möcüzəsi...
İnsan...Yaxşıların yaxşısı...
İnsan...Yamanın səbəbkarı...
İnsan...Şeytana şeytanlığını unutduran varlıq...
2x2=?
2x2-nin cavabı dörddüsə, İNSAN dediyimiz məxluğun xislətində neçə dördlər var? Bu dördləri kəşf etmək, təzadları müqayisə etmək, nələri, nələri təsdiqləmək asandırmı? Əsla deyil. Sanki Yaradan İNSAN bildiyimizi, İNSAN dediyimizi növbənöv xislətlərlə sınağa çəkmək üçün yaradıb.
Kiminə ən yüksək ağılı, saf, təmiz ürəyi, mərhəmət hissini, kiminə mənasız, dəyərsiz düşüncə tərzini, qəddarlıq, paxıllıq hissini, kiminə yüksək kürsü-bu kürsüyə layiq olmağı, kiminə isə bu kürsünün “cəlladı” olmağı nəsib edir.
Azərbaycan gerçəkliyində ikinci təbəqədən olan insanlarla -kürsüsün “cəlladı”olanlarla daha tez-tez rastlaşırıq.
Sual verərsiniz niyə bəs “cəllad”?
Çünki, o xislətli insanlarda qəddarlıq, çevrəyə qarşı biganəlik, təkəbbür daha çoxdur. Onlar sahib olduqları, onlara ölkə rəhbəri tərəfindən etibar olunan dəyərli kürsünün “Qoruyucu mələyi” deyil, məhz “Cəllad”ına çevrilirlər.
Çoxdumu belə “cəllad”lar ölkəmizdə???
Var, var...Amma, sayını deməkdən acızəm...
Çünki,. mən sadəcə bir vətəndaş olaraq, müşahidə edib, gördüklərimə və eşitdiklərimə biganə qala bilməyib, o “cəllad”lar haqqında olan fikirlərimi sətirlərə tökərək, bir gün bəzi kürsü “cəllad”larının da dinə-imana gələcəyinə ümüd edərək yazan bir əhli qələməm..
Mən çox istərdim bu insanlarla üz-üzə oturub, ürəyimdə qubar edən iki sualı verəm. Gözlərinin içinə baxa-baxa cavabı gözləyəm.
AZAL-ın gəlir  ehtirası...Bu gün Azərbaycan məmuruyla göz-gözə oturub, sual vermək üçün onların müavinlərinin, mətbuat katiblərinin gözlərinin içinə baxmalısan. Təbii, əgər onlar sənin gözlərinin içinə dik baxa bilsələr “”larıyla mütləq görüşmək istədiyini deyə bilərsən. Əks halda, “patron”unun təkəbbürlüyündən qidalanan “ aparacı kadr” səni heç dinləmək istəməyəcək və ya deyəcək ki, “Şef xaricdə səfərdədir”, və ya “ Çox önəmli müşavirədir” və yaxud da ki, başqa bəhanələr uyduracaq.
Və beləcə, sən də günləri saya-saya o məmurun gözlərinin içinə baxıb, verəcəyin sualın və alacağın cavabın həsrəti ilə qalacaqsan.
Mən Azərbaycan vətəndaşıyam, Azərbaycan adlı dövlətin ziyalısıyam. Mən yazaram, araşdırmaçıyam. Hər şeydən öncə bu vətənin Vətən-Daşıyam...
Məni , eləcə də bu ölkənin hər bir vətəndaşını narahat edən problemin həllində ölkə rəhbərinin yanında olmaq mənim vətəndaşlıq borcumdur.
Bilirəm, çoxunuz güləcəksiniz ki, ay Xalidə Xalid, kimdi səni ölkə rəhbərinin yanında olmağa imkan verən?
Yanlış anladınız, ölkə rəhbərinin yanında olmaq, təkcə onun qəbuluna düşmək və yaxud da ki, onun təyinatıyla hər hansl bir vəzifəyə getmək deyil. Onun yanında olmaq-ölkədə baş verən haqsızlığa, öğzbaşınalığa qarşı apardığın mübarizə, bu problemlərin aradan qaldırılması üçün atdığın addımlardır.Onun yanında olmaq, çox əziyyətlə qurulan müstəqil Azərbaycana qarşı düşmən qüvvələrin fitnə-fəsadına uyanlara qarşı aparılan mübarizədir.
Bu yazdıqlarıma görə yüksək kürsüdə oturan dost-tanışlar da məndən inciyəcəklər bəlkə də. Özləri bilər, İncisələr də saq olsunlar, inciməsələr də.
Aydın təfəkkürlü, dövlətin, hökümətin, xalqın maraqlarını öz maraqlarından yüksək tutan məmur heç vaxt məndən inciməyəcək, əks əməl sahibi olan isə təbii məni özünə düşmən biləcək.
Dədələrimizin dedikləri, çox sevdiyim bir misalı çəkmək istəyirəm: “Ağladan yanında otur, güldürən yox”.
Tənqid olunmaqdan qorxma, təhqir olunmaqdan qorx,savab qazanmaqdan qorxma, günah qazanmaqdan qorx. Kim olursansa ol, İnsan ol, İNSAN.
Adın çəkiləndə hər bir vətəndaşın üzündə ilıq təbəssüm oyansın, haqqında ağızdolusu danışsınlar, duaları üzərindən əskik etməsinlər.
Sağ ikən rəhmət qazan, lənət yox...
Deyəsən mətləbdən çox uzaq getdim axı...
Evini Allah tiksin ay Cahangir müəllim, gör necə od qoymusan ki bizlərə, sizin haqqınızda yazmağa başlayandan, hələ də giriş verirəm.
Nə isə, əzizlərim, keçək mətləbə:
AZAL-ın gəlir ehtirasından, millətin başına açdığı oyunlardan “ilham”a gəldim. Doğrusu iki-üç gün öncə Türkiyəyə səfərə gedən bir yaxınımı ötürərkən çemodanındakı yükün iki kq artıq gəlməsi və hər kq-a görə əlavə 50 manat ödəməsi faktını gözlərimlə görməsəydim, bəlkə də əməkdaşlarımızın AZAL-la bağlı aparmış olduqları və apardıqları jurnalist araşdırmalarıyla kifayətlənəcəkdim.
Deyirəm vallah, ya bunlar etdiklərinin dərinliyinə varmırlar, ya da ki, milləti qoyublar bilmirəm “nə” yerinə...
Mən nə statistik məlumatlardan, nə son günlərdə AZAL-ın “mərhəmət” layihəsindəki yeniliklərdən, nə bu qurumdakı özbaşınalıqlardan, nə “astarı üzündən baha başa gələn” bilet qiymətlərindən, nə də digər nöqsanlardan danışmayacağam. Çünki, bu problemlər artqı günlərdir KİV-in gündəmindən düşmür. KİV yazır, Cahangir müəllim də da öz kefiylə oxuyur bu araşdırmaları, içdən qəhqəhə çəkib “ay yazıqlar, işiniz-gücünüz yoxdurmu, gedin özünüzə iş tapın” deyərək gülür...
“Gedin özünüzə iş tapın...”
Bu sözü dəfələrlə media əhlinə yüksək çinli məmurlar ünvanlayıblar. O məmurlar ki, cənab Əsgərov kimi öz mənafeyini xalqının, dövlətinin, hökumətinin mənafeyindən üstün tutublar.
O məmurlar ki,onlara etibar olunan kürsüyə xalqa xidmət üçün verilən vəzifə deyil, yeddi nəslinə varidat yığmaq üçün vasitə hesab ediblər.
Deyirəm kaş Cahangir bəy, bu yazını oxuya və məni çağıra və ona istədyim o iki sualı verəm. Və verəcəyim cavabı gözləyəm.
Valalh deyirəm bəlkə, qurban olduğum Rəbbim bu xalqın qəsdinə durub xəbərimiz yoxdu hə???
Niyə bizi belə məmurlarla imtahana çəkir? Deyirəm görən dəfələrlə Kərbalaya, Məşhədə gedən, Məkkənin yolunu Bakı-Salyan yoluna çevirən bəzi məmurlar heç olmasa o müqəddəs məkanlarda olanda ÖLÜM deyilən bir məvhumun olduğuna inanırlarmı?
Heç olmasa çox yox, bir dəfə SAVAB-ın və GÜNAH-ın nə olduğunun fərqinə varırlarmı?
Yox, məncə...Əgər varsaydılar azğınlıqlarını bu həddə çatdırmazdılar. Əgər anlasaydılar ölkə rəhbərinin etimadından belə sui istifadə etməzdilər.
Sanki “QARA” bir caynaq bu məmurların ilişib boğazlarına, həm hakimiyyəti, həm də bu dövləti gözdən salmaq üçün onlara “ya dediklərimi etməlisən, ya da səni “o dünyalıq” edəcəm” deyə sıxır boğazlarını.
Onlar da qorxularından “Qara caynağ”ın əmrindən çıxmır və xalqa qan uddururlar.
Nə deyim, amma deyəsən Cahangir müəllim heç olmasa bir dəfə savab qazandı vallah. Necə?
Belə ki, o biletlərin qiymətlərində vətəndaşlarımıza, eləcə də ölkəmizə gələn qonaqlara “mərhəmət” göstərməsəydi, bəlkə də bu yazı bir az gecikərdi.
Deyəcəyim söz, verəcəyim sual, tutacağım o qədər irad var ki...
Mən də digər həmkarlarım kimi yazdım, ürəyimi boşaltdım. Amma, nə olsun???
O olsun ki,bəlkə də “kürsü cəlladları”nın vecinə olmayacaq yazdıqlarımız. Amma bildiyim bir gerçək var- tarixə çevriləcək bu yazıları gələcək nəsillər oxuyub, xalqa, millətə göz açmağa imkan verməyən bəzi harınlamış məmurların millətə, dövlətə necə xidmət editiklərinin şahidi olacaqlar. Yəni, demək istədyim odur ki, bu məmurlar tarixdə heç də xoş anılmayacaqlar...
Nəinki, tarixdə anılmaları, baxaq görək Uca Yaradanın haqq məhkəməsinə çıxa biləcək üzləri, cavab verəcək sözləri olacaqmı???
Yaxşı olardı ki, onlar indidən bu barədə düşünəydilər...

Baxış sayı: 2154