İqtisadiyyat
12.08.2015 / 11:27

Ən çox istifadə olunan e-xidməti məlum olub

Ən çox istifadə olunan e-xidməti məlum olub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iyul ayında ən çox istifadə edilən elektron xidməti “Telefon nömrəsi üzrə axtarış” xidməti olub.

Nazirlikdən verilən məlumata görə, bir ayda bu xidmətə 70 119 dəfə müraciət olunub.

Sözügedən xidmət ölkə üzrə “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan e-xidmətlər sırasında V yerdə qərar tutub.

E-xidmətdən yararlanmaq istəyən istifadəçi portalda müvafiq xidmətə telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.

Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanını təqdim edir.

Inform.az

Baxış sayı: 328