Gündəm, Şərhlər
12.08.2015 / 10:47

Müdriklər və korifeylər

Müdriklər və korifeylər
Əlisa NİCAT / İnform.az


Əvvəli burada

SOKRAT- Doğrudur, bu mənasız görünə bilər. Amma mənə görə necə olsa burada müəyyən bir məna var. Gizli elmlərdə deyilir ki, biz insanlar bir növ nəzarət altındayıq və sən öz gücünlə ondan nə can qurtara bilərsən nə də qaça. Buna heç lüzum da yoxdur. Mənə görə bu çox möhtəşəm və dərin bir elmdir. Və gör daha nə var? Kebet, məncə çox yaxşı deyilib ki, Allahlar bizim haqqımızda narahat olub qayğımızı çəkir və buna görə biz ilahi sərvətin bir hissəsiyik. Sən bununla razısan ya yox?
-Razıyam,- Kebet cavab verdi.
-Onda əgər sənə məxsus olanlardan kimsə əvvəlcədən səndən soruşmasa ki, onun ölümü sənin ürəyincədir ya yox, özünü öldürsə sən hökmən qəzəblənər, əgər imkanın olarsa onu cəzalandırarsan. Elədir ya yox?
-Mütləq belədir, - Kebet səsləndi.
-Deməli, heç də əsassız deyil ki, adam hər vasitə ilə çalışmalıdır ki, indi mənlə olduğu kimi tanrı onu bu işə məcbur etməsin.
-Hə, insafən bu da doğrudur, - Kebet dedi. -Amma o şey ki, indi sən haqqında danışdın, yəni “filosoflar ölməyə asanlıqla və həvəslə razı olardılar” fikri, Sokrat, bir az hələ qəribə görünür. Axı bir halda ki, biz indicə doğru fikir yürüdərək etiraf etdik ki, Allahlar bizim barəmizdə daim fikirləşirlər və biz onların sərvətiyik. İnsanların ən ağıllıları ən yaxşı himayədarları - Allahların nəzarət və himayəsindən çıxanda Allahların narazı qaldığını düşünmək mənasızdır. Onlar çox çətin inana bilərlər ki, özünə qəsd edən insan birdən birə azadlığa çıxıb özü özünə daha yaxşı qayğı göstərə bilər. Ağılsız adam başqa məsələ. O, əlbəttə məhz belə düşünər ki, himayədardan qaçmaq lazımdır. Onun heç ağlına gəlməz ki, son həddə qədər öz xeyirxahının yanında qalmaq zəruridir. Burada qaçmaqdan danışmağa dəyməz. Qaçmaq dəlilik olardı və mənə elə gəlir ki, o adam ki ağlı başındadır, həmişə çalışır ki, onun özündən yaxşı olanın yanında olsun. Lakin bütün bunlar sənin dediklərinlə açıq aşkar ziddir, Sokrat. Ona görə ki, ağıllı adam narazılıqla ölməməlidir, axmaq isə şənlənərək.
Sokrat Kebetə qulaq asdı və görünürdü ki, onun hər şeyi bilmək istəyinə sevinir. O, bizi nəzərdən keçirib dedi:
-Kebet həmişə nəsə bir şey tapıb etiraz edəcək və ona nə deyilirsə birdən-birə qəbul etməyəcək.
Bunu eşidən Simmiy də yerindən, - Elədir, Sokrat,-dedi,- mənə də elə gəlir ki, Kebet doğru düşünür. Doğrudan da müdrik adamlar hansı əsasla onların özlərindən yaxşı və uca olan sahiblərindən qaçmalıdırlar? Və nəyə görə ayrılanda ürəklərində rahat bir yüngüllük də olmalıdır? mənə elə gəlir ki, Kebet düz səni nişan alır. Axı sən bizimlə yaxın ayrılığı çox belə yüngüllüklə qarşılayırsan həm də təkcə bizimlə yox, xeyirxah hakimlər adlandırdığın Allahlarla.
-Doğrudur, - Sokrat cavab verdi,-mən sizi başa düşdüm siz ittiham irəli sürürsüz, mən isə məhkəmədə olduğu kimi özümü müdafiə etməliyəm.
-Dübbədüz sözdür,-Simmiy səsləndi.
Sokrat dedi:
-Yaxşı, onda çalışaram sizin qarşınızda məhkəmə qabağında olduğundan daha müvəffəqiyyətlə özümə haqq qazandırım. Hə, Simmiy və Kebet, əgər mən fikirləşməsəydim ki, əvvələn başqa müdrik və xeyirxah allahların, ikincisi də burada dünyada olan dirilərdən daha yaxşı olan ölülərin məkanına gedirəm, ölümü sakit qarşılamaqla haqlı olmazdım. Bilin və yadda saxlayın, mən ümid edirəm ki, xeyirxah adamların yanına gedəcəyəm, hərçənd bunu tam qətiyyətlə təsdiq də edə bilmərəm. Lakin bütün hakimlərdən ən xeyirxahı olan Allahın qarşısında dayanacağam. Bilin və yadda saxlayın. Bunu hər nə olsa, bu növ hər hansı bir şeydən daha artıq tərəddüdsüz və qətiyyətlə deyirəm. Belə ki, məndə narazılıq üçün heç bir əsas yoxdur, ölənləri hansı bir gələcəyinsə gözlədiyinə dair ən xoş ümidlərlə deyirəm. Və həmin gələcək nəinki xəbislər, və həmçinin ölçüsüz dərəcədə xeyirxahlar üçün də yaxşı olacaq.
-Bu nədir Sokrat, - Simmiy soruşdu.- Sən fikirlərini özünlə aparmaq niyyətindəsən ya bizimlə bölüşmək? Hər halda şəxsən mənə elə gəlir ki, bizim də bu nemətdən pay almaq haqqımız var.

Ardı var...

Baxış sayı: 634