İdman
22.06.2015 / 17:40

Qurban Qurbanov: “Play-off` qarşılaşmasından daha önəmlidi”

Qurban Qurbanov: “Play-off` qarşılaşmasından daha önəmlidi”

Qurban Qurbanov Cempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkünə öz münasibətlərini bildirib.

İnform.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, o, Monteneqro çempionu “Rudar”-ın asdan rəqib olmadığını bildirib
O qeyd edib ki, hazırda bizi öncə komandamızın hazırlığı düşündürür. Məlum səbəblərdən komandamız hələ tam yığışa bilməyib. İyunun 24-dən etibarən tam heyətlə hazırlaşa biləcəyik. Bu baxımdan maksimum halda ilk oyuna qədər hazır olmağa çalışmalıyıq. Rəqib haqqında onu deyə bilərəm ki, çətin oyun olacaq. Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub.

Həm də onları bizi daha yaxşı tanıyırlar. Bu dəfə də istisna deyil. Belə deyərdim ki, bu oyun bizə hamısından daha önəmlidi. Deyərdim ki, bu tur “play-off” qarşılaşmasından daha önəmlidir” - deyə Q.Qurbanov bildirib.

Baxış sayı: 368