Hüquq
12.08.2015 / 00:07

Cavid Hüseynova 3 il iş verilə bilər

Cavid Hüseynova 3 il iş verilə bilər

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı açılmış cinayət işinə görə bu gün barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən futbolçu Cavid Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

İnform.az-ın lent.az-a istinadən verdiyi məlumatına görə, futbolçu Cinayət Məcəlləsinin 307.1 (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2 (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Bu cinayət əməlləri məhkəmə istintaqı ilə sübuta yetirilirsə təqsirləndirilən şəxs 307.1 maddəsi ilə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, 307.2 maddəsi ilə isə iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Baxış sayı: 428