Hadisə
22.06.2015 / 16:51

Bakı metrosunda texniki nasazlıq baş verib

Bakı metrosunda texniki nasazlıq baş verib

Bakı Metrosunda qatarlarının hərəkət qrafikində gecikmə baş verib.
Inform.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
N. Paşayevin sözlərinə görə, buna səbəb "Nəriman Nərimanov" metro stansiyasında yaranan texniki nasazlıq olub.
"Sadəcə qatarların hərəkətində interval pozulduğundan bütün stansiyalarda gecikmə yaranıb. Hazırda nasazlıq aradan qaldırılıb, qatarların normal hərəkəti bərpa olunub”, - deyə N. Paşayev bildirib.

Baxış sayı: 377