Sağlamlıq
11.08.2015 / 14:53

Səhiyyə Nazirliyi açıqlama verib

Səhiyyə Nazirliyi açıqlama verib “Bu günə qədər respublikada respirator sindromlu koronovirus (MERS-CoV) xəstəliyi ilə bağlı şübhəli hal qeydə alınmayıb”.

Bunu Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Raqif Abdullayev deyib. R. Abdullayev bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə imzaladığı əmrdə nəzərdə tutulan tədbirlər davamlı olaraq həyata keçirilir: “Şübhəli hal baş versə, xəstələrdən götürülmüş nümunələr Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına göndəriləcək. Müayinəni aparmağa bizim tam şəraitimiz var”.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev respublikada koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb.

İnform.az

Baxış sayı: 319