Din
11.08.2015 / 14:07

Mübariz Qurbanlı Ağdama səfər edib

Mübariz Qurbanlı Ağdama səfər edib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdamda səfərdə olub. "Dini və mənəvi dəyərlər" mövzusunda keçirilən tədbirdə iştirak edən M. Qurbanlı yerli ziyalılar, dindarlar və digər ictimaiyyət nümayəndələri ilə görüşüb. Komitə sədri Ağdam Dövlət Dram Teatrının binasında reallaşan tədbirdə bildirib ki, Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və ölkəmizdə müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.

Respublikanın müxtəlif regionlarında keçirilən tədbirlərin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıdığını diqqətə çatdıran M. Qurbanlı onu da bildirib ki, bu cür addımlar bundan sonra da atılacaq.

Mübariz Qurbanlı rayonun Xındırıstan kəndindəki məscid binası və Çəmənli kəndində "Seyid Lazım ağa" ziyarətgahına da baş çəkib.

İnform.az

Baxış sayı: 398