Elm-təhsil
11.08.2015 / 13:26

Müsabiqənin nəticələri bəllidir

Müsabiqənin nəticələri bəllidir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub. TQDK-dan verilən xəbərə görə, abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqənin nəticələrinə əsasən, boş qalan 2202 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3171 abituriyent ərizə təqdim edib.

Onlardan 1796 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları avqustun 12-də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

Qəbul olanlar avqustun 12-dən 18-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

İnform.az

Baxış sayı: 386