Sosial
11.08.2015 / 10:49

e-xidmətlərindən istifadə edənlər artıb

e-xidmətlərindən istifadə edənlər artıb
Bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən 178 492 dəfə istifadə olunub ki, bu da əvvəlki iyun ayı ilə müqayisədə 13,1% çoxdur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən ay əhali ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 109 737 dəfə faydalanıb. Bu e-xidmət, həmçinin ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 47 835 ədəd və “İş yerinə dair arayış” e-xidməti 18 547 ədəd istifadə sayı ilə yenə də əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşıblar.

İnform.az

Baxış sayı: 375