Dünya
11.08.2015 / 10:32

Yeni terror təşkilatı yarandı

Yeni terror təşkilatı yarandı
Son bir aydır Türkiyədə qanlı terror aktları həyata keçirən PKK daha bir terror təşkilatı yaradıb.

Türkiyə mediası xəbər verir ki, İŞİD-in hədəf aldığı yezidiləri silahlandıran PKK yezidi gənclərindən “YBŞ” (Şengal Müdafiə Gücləri) adında yeni bir şəbəkənin yaradılmasında yaxından iştirak edib.

PKK-nın çətiri altında fəaliyyət göstərəcəyi deyilən YBŞ avqustun 3-də qondarma “Şengal soyqırımı”nın birinci ildönümündə mərasim təşkil edib. Mərasimdə PKK-nın lideri Abdullah Öcalanın şəkillərinin açılması diqqət çəkib.

Mosulun Şengal bölgəsində qurulan YBŞ “Şiə Haşdi eş Şabi” təşkilatı ilə yaxından əməkdaşlıq edir. YBŞ-in “Şiə Haşdi eş Şabi” təşkilatından pul və silah yardımı aldığı bildirilir. Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw” saytı PKK-nın bəzi liderləri “Şiə Haşdi eş Şabi” vasitəsilə İranla təmas yaradaraq gizli görüşlər keçirib. İddiaya görə, məqsəd İraqla yeni bir ittifaq yaratmaqdır.

İnform.az

Baxış sayı: 320