Elm-təhsil
10.08.2015 / 17:12

İxtisas seçimi başa çatır

İxtisas seçimi başa çatır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə internet vasitəsilə apardığı ixtisas seçimi bu gün başa çatır.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır.

İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəs­sisə­lərinə qəbul olub qeydiyyatdan keçən abituri­yentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

İnform.az

Baxış sayı: 336