Elm-təhsil
10.08.2015 / 16:44

TQDK abituriyentlərə xəbərdarlıq etdi

TQDK abituriyentlərə xəbərdarlıq etdi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərə xəbərdarlıq edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, xəbərdarlıq ixtisas seçimi ilə bağlıdır. TQDK bildirir ki, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizələrini təsdiqləməlidirlər. Əks təqdirdə, onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Bu gün saat 12:00-a olan məlumata görə, ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 34749 abituriyent, V ixtisas qrupu üzrə isə 8338 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

İnform.az

Baxış sayı: 359