Qonağımız var..., Baş xəbər, Mədəniyyət, Müsahibə
10.08.2015 / 14:13

Suğra Bağırzadə: “Cavan rolları nə qədər oynayacağam?”

                 Suğra  Bağırzadə: “Cavan rolları nə qədər oynayacağam?” İnform.az-ın “Qonağımız var” layihəsinin növbəti qonağı əməkdar artist, Ümumdünya Floristlər Şurasının üzvü, rəssam və aktrisa Suğra Bağırzadədir.

- Suğra xanım, əvvəla redaksiyamıza xoş gəlmisiniz.

-Siz saq olun, dəvətiniz üçün.

- Yeniliklərinzdən başlayaq, yoxsa?


- Hardan istəyrisinizsə ordan da başlayaq. Olsun, elə yeniliklərdən.”Diplom işi”filmində fransız xanımı rolunda çəkilirəm. Artıq bir- iki kadrdan sonra film bitmək üzrədir. Bir də Kənan Musayevin “Zaman adlı qatar” filmində qəhrəmanın anası rolunda çıxış edirəm.

- Efirlərdə az –az görünməyinizə səbəb nədir?

- Bİlirsiniz, efirə tez –tez eyni fikri söyləmək üçün getməzlər. Efir xatirinə olmaz, efirə çıxmaq. Mən belə düşünürəm ki, gərək əlində yeniliyinlə çıxasan xalqın qarşısına. Sərgim olanda, yeni rollarım olanda çıxıram. Yoxsa maraqsız fikirlərlə xalqın zövqünü korlamaq lazım deyil. Mən efirlərdə lazım olanda görünürəm.

- Suğra xanım deyəndə, “Cücələrim” yada düşür. Yenidən belə yadda qalan rol ola bilərmi?


- Mənə elə gəlir ki, yox. “Cücələrim” Sovet dövründə yüksək mövqedə dayanırdı. Mən o vaxt beşinçi sinif şagirdi idim. Yəni hər şey fərqli idi.

- Rəssam, mühəndis, aktyor. Bir qadın üçün üç sənəti birlikdə addımlatmaq çətindir. Bəs Suğra xanım üçün bu sənətlərdən hansı birincidir?

- Aktyorluq mənim daxili dünyama daha yaxındır. Mən ikinci sinifdən Azərbaycanın ən tanınan aktyorları ilə eyni səhnəni bölüşmüşəm. Uşaqlığım kinostudiyanın həyətində keçib. Səkkizinci sinifdə oxuyurdum. Baxmayaraq ki, atam icazə vermədi sənədlərimi aktyorluğa verim. Atam dedi ki, bizim ailədə aktyor olmayacaq. Atamın istəyi ilə, həvəssiz olaraq sənədlərimi verdim mühəndislik fakültəsinə. Ancaq istəyim məni öz sevdiyim sənətə yenə də qovuşdurdu. Ailə qurdum atam ailə işlərimə qarışmadı və mən öz istədiyim işlə məşğul olmağa davam etdim.

- Rəssamlıq hobbiniz olub ancaq sonradan peşənizə cevrilib. Düşünürdünüzmü belə uğur qazanacağınızı?

- Qətiyyən ağlıma gəlməzdi. Əsas sənətimi-yəni mühəndisliyi birinci tutdum . Diplomumuma daim hörmətlə yanaşmışam. Hansı sahədə calışmışamsa, o işi sevmişəm və heç vaxt laqeyd yanaşmamışam.
                 Suğra  Bağırzadə: “Cavan rolları nə qədər oynayacağam?”
- “Ürəyimcə olan bir rola dəvət almıram” deyirsiniz. Hansı rolun arzusundasınız?

- Həmişə paxıllıq edirəm ki, niyə bizim adət- ənənələrimizi, qadınlarımızın əziyyətini xanımlılığını əkls etdirən rollar azdır. Bizim qadınlarımızda olan ərə itaət, övlada sevgi, ailəyə bağlılıq heç bir millətin qadınında yoxdur. Amma bizim əsərlərimizdə bu adət az yer alır. Mən həmişə düşünmüşəm ki, mənim simam, mədəniyyətim, savadım heç də hansısa bir avropalı qadından geri qalmır. Çox Avropa ölkələrində olmuşam, həmişə özümü onlarla eyni tərəziyə qoymuşam. Ailəyə bağlılığa, övlada, nəvəyə, ərə bağlılıqda tərəzidə onlardan qat-qat yüksəkdə dayanırıq. Mən belə filmlər istəyirəm ki, qoy bütün dünya Azərbaycan qadınının necə mərd və sadiq olduğunu görsün. Bu kökdən gəlir. Belə ssenari olsa, çox böyük məmnuniyyətlə çəkilərəm. Öz ailəmdə dörd nəsili izləyirəm. Dövrə görə xarici görünüşümüz dəyişir, kök olaraq mədəniyyətimiz və adət-ənənələrimiz dəyişmir.

- Belə bir rol üçün heç təklifinizi irəli sürmüsünüzmü?

- Bəli, ancaq heç kim bu haqda düşünmək istəmir. Mən dünyanın çox xarici ölkələrində, müxtəlif tədbirlərdə oluram. Hər zaman Azərbaycana aid yeməklərdən, adət-ənənələrdən danışıram. Onlar sual verirlər ki, siz beləsiniz, ya bütün Azərbaycan xanımları belədir. Deyirəm ki, məndən də artıq iş bilən qadınlar var Azərbaycanda. Çünki Azərbaycan qadınları kökə bağlıdır. Məsələn mənim yoldaşım harda olur –olsun, mənim bişirdiyim yeməyi istəyir. Mən daim övladlarıma da, qohumlarıma da.
evimdə vaxt ayırmışam,

- Suğra xanım, indi dəb halına düşüb. Yəqin eşitmisiniz. Efirdə tanınmışlar deyir ki, mən yemək bişirə bilmirəm. Özü də bununla fəxr edirlər.

- Yemək bişirməyi bütün xanımlar bilir və bilməlidir. Bu mədəniyyətimizin bir qoludur. Həm də yaş örtükcə daha çox ev yeməklərinə ehtiyac duyursan. Həm də xarici görünüşün saf təmiz qalması üçün ev yeməkləri daha vacibdir. Özün –özünə qulluq eləməsən heç kimdən qulluq gözləmə. Hər bir qadın gözəl və sağlam olmaq istəyirsə, mütləq qidasına fikir verməlidir və nə nemət var hamısından yeməlidir fikri yanlışdır. Sağlamlıq və gözəllik göydən düşmür. Koko Şanel doğru deyib: “Otuz yaşa kimi Tanrının verdiyi gözəllik, otuz yaşdan sonra layiq olduğun gözəllik”. Layiq olma istəyin sənin seçimindir. Üzərində çalışmadan nəticə gözləmə.

- Gözəl və cavan qalmağınızın özəl bir sirri varmı?

- Qətiyyən, bir sirrim yoxdur. Hər səhər otuz dəqiqə idman edirəm, yeməyimə fikir verirəm. Saat yeddidən sonra acından ölsəm su və meyvə-tərəvəzdən başqa heç nə qəbul etmirəm. Dərman içmirəm . İnsan özünə qarşı tələbkar və tərbiyyəli davranmalıdır. Qadın öz xarici görnüşünü tez-tez güzgü qarşısında görməlidir. O zaman məsuliyyətli olur və düzgün olan adddımı atır. Özün öz fikirlərini başa düşməlisən. Mən özümü tərif etmək üçün demirəm. Hər özünə hörmət edən qadın mütləq güzgü önünə keçib özünə fikir verməlidir. Nə olar, nə olmaz, onu bilməlidir. Gözəllik göydən düşmür gərək qazanasan ki, qədrini biləsən.

- Yəni gözəllik qurban tələb edir?

- Heç də belə düşünməyin. Sadəcə çalışmaq lazımdır ki, ilahidən verilən gözəlliyi qoruyub saxlayasan. Cətin deyil heç nə. Bu qadağa deyil, özünü tərbiyədir. Heç vaxt çətin pəhrizlər saxlamamışam. Qətiyyən çox kökəlməmişəm, çox da arıqlamamışam. Normamı gözləmişəm. Həyatım boyu özümə fikir vermişəm.

- Eşitdiyimizə görə sizə 45 yaşdan artıq rola dəvət etmirlər. Amma siz bundan narazısınız. Əksinə, belə gözəl bir davranış hər aktyora nəsib olmur. Niyə narahatsınız cavan rollara çəkilməyə görə?

- Bəli, narahatam, bilirsiniz niyə? Bizim 45 yaşı ifa edəcək yaxşı aktyorlarımız var. Cavan rolları nə qədər oynayacağam? Əlli, əlli beş, altmış yaşlı rollara çəkilmək istəyirəm. Ancaq maşallah, görünüşüm rejissorlara icazə vermir məni yaşlı rola dəvət etsinlər. Cavanlığın iki tərəfi var. Bəzən sərf etməyən tərəfi də olur ...

- Həyatınız rahat və maneəsiz olub?

- Bilirsiniz, qadın gözəldirsə, üstəlik işinin peşəkarıdırsa, ağıllıdırsa, daim paxıllığını çəkən, yoluna kölgə salan çox olur. Bu artıq dəhşətə çevrilir. Mənim hər zaman paxıllığımı çəkən olub. Ancaq mən bölüşməyi sevirəm.

- Həyatda çox zərbələr almısınız?
                 Suğra  Bağırzadə: “Cavan rolları nə qədər oynayacağam?”
-Bilirsiniz, mənim üzümə qarşı açıq aydın kimsə cürət etməyib zərbə endirsin. Mənə açıq aydın zərbə vurmaq mümkün deyil. Mənim sakit görünməyimə baxmayın, hirslənəndə vulkana çevrilirəm. Bir zərbəyə qarşı min zərbə vura biləcək gücə malikəm. Öz qüvvəmi göstərərəm. Kimsəyə icazə vermərəm məni əzsin.

- Gözəl qadın olmusunuz, buna görə ailənizdə çox problem yaşamısınız?

- Kinostudiyaya məktublar gəlib, yoldaşıma deyiblər. Hər zaman bütün hadisələrin başlanğıcında özümü birinci tutmuşam. İnam ailədə birincidir. Qalan hər şey boşdur. Həm də gərək hər incəliyə getməyəsən. Onda tez qocalıb əldən düşərsən. Amma nəticə çıxarmaq çox vacibdir. İndi deyirlər ki, sənətlə ailə birgə getmir. Yalan sözdür, ağılsızlıqdır. İmkan daxilində yoldaşınla ortaq məxrəc tapıb başa salmalısan.

- Özünüzə qarşı tələbkarlıq, birincilik mövqeyi, zərgər dəqiqliyinə malik olduğunuz üçünmü hər nə iş gördünüzsə birinci oldunuz?

- Bəli, mən uşaqlıdan birinci olmağı meyar kimi seçdim və həyatımı belə davam etdim. Şükür, yetmiş yaşım olacaq. Ötən ömrə nəzər salanda baxıram ki, nə iş görmüşəmsə, daim seçilib və bəyənilib.

- Xalq artisti adınız gecikir, yoxsa….

- Uşaqlıdan Azərbaycan incəsənəti üçün çalışmışam. Bəlkə, hələ layiq deyiləm. Qapı döyməyəcəyəm. Lazım olsa, veriləcək, lazım olmasa verilməyəcək.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 1590