Gündəm, Şərhlər
10.08.2015 / 13:06

Rasim Əliyev

Rasim Əliyev
Xəyalə ƏLİHEYDƏR / İnform.az


Mitinqlərdə Rasimə yumruq atan polisin övladları mediada atası ilə mərhum jurnalistin fotolarını görüb, görəsən hansı hissləri keçirir? Utanırlarmı? Rasimə güc tətbiq edən polislər görəsən bir repartyorun azaldığına sevinirlərmi?... Görüşə gedən Rasim əlini verib salamlaşanda arxadan zərbəni vurmaq çətin olmadıkı? Kişi kimi görüşə çağırmışdınız, döyüşə yox. Rasimin döyüşlük cüssəsi vuran əli yox idi. Onun silahı kamerası idi. Necə əliniz qalxdı bu cansız oğlana? Rasimin əlindən həyat yoldaşı, atalıq hissini alanlar. Rasimin ruhu, Gülərin ahı axirətə kimi sizə rahatlıq verməyəcək. Qara saçlının ahı yerdə qalmaz.... Ölən xəyalların, arzuların, ümidlərin tablosunu nişanlısı Gülərin simasında görmək olur… Bir statusa görə döyülərək öldürülən Rasim Əliyev axirətdə Elmar Hüseynov və Rafiq Tağı himayədarın olsun.... Görəsən, növbədə hansı harınlamış məxluqun qurbanı var? Jurnalist olmaq bəzən ya həyat, ya da azadlıq bahasına gəlir. Kimini blokda, kimini küçədə, kimini də müharibədə öldürürlər. Ehh… Ziyalıya qiymət verilməyən bir cəmiyyətdə məişət pozğunu, üzdəniraqlar at oynadırsa, biz hələ çox rasimlər qurban verəcəyik. 2007- ci ildə Türkiyədə erməni əsilli jurnalist Agos qəzetinin baş redaktoru, Hrant Dink öldürüləndə bütün dünya ayağa qalxdı. Türklər "Hamımız Hırant Dinkik, hamımız erməniyik" şüarları haştağları yaratdılar. Biz də,
#hərbirimizRasimƏliyevik haştağına start verək...
Rasim Əliyev

Baxış sayı: 871