Hadisə
08.08.2015 / 22:26

Misirdə fabrik partlayıb

Misirdə fabrik partlayıb

Misirin Kəlübiyyə bölgəsində fabrikdə baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, polis əməkdaşı daxil olmaqla 7 nəfər xəsarət alıb.
İlkin məlumata görə, partlayış müəssisənin anbarında baş verib. Hadisə yerinə 15 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının artıq söndürüldüyü bildirilir.

Qeyd edək ki, Kəlübiyyə bölgəsində iyulun 28-də mebel fabrikində baş vermiş analoji hadisə nəticəsində 25 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

İnform.az

Baxış sayı: 356