Hadisə
15.06.2015 / 08:29

6 şir, 6 pələng, 8 ayı...

6 şir, 6 pələng, 8 ayı...

Heyvanlar zooparkdan qaçdılar

Son günlər Gürcüstanda yağan aramsız yağışlar bir sıra fəsadlar törədib. Inform.az-ın Almaniyanın Heute.de saytına istinadən verdiyi məlumata görə, yağan leysan yağışları nəticəsində Gürcüstanın paytaxtı Tbilisidə bir neçə ev su altında qalıb.

8 nəfər həyatını itirib. Bununla yanaşı, zooparkın bir hissəsinə də, daşqın nəticəsində ciddi zərər dəyib. Hadisə nəticəsində heyvanların çoxu zooparkdan qaçıb.

Hazırda Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfəidən, zooparkdan qaçan, 6 pələng, 6 şir və 8 ayının axtarışını davam edir.

Təbriz

Baxış sayı: 590