İqtisadiyyat
07.08.2015 / 14:28

Azərbaycan 360 kq gümüş idxal edib

Azərbaycan 360 kq gümüş idxal edib

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana 227,2 min ABŞ dollar dəyərində 360 kq gümüş idxal olunub. Bildirək ki, 2013-cü və 2014-cü illərin müvafiq dövründə isə gümüş idxalı həyata keçirilməyib.
İnform.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ölkədən 25 min dollar dəyərində 47,1 kq gümüş ixrac olunub ki, bu da gümüş ixracında dəyər ifadəsi ilə 5 dəfə azalma deməkdir. Belə ki, 2014-cü ilin birinci yarısında ölkədən 127,6 min dollar dəyərində 195,7 kq gümüş ixracı həyata keçirilib.
Qeyd edək ki, Azərbaycanda gümüş hasilatı illik 76,2% azalaraq cari ilin birinci yarısında 46,5 kq təşkil edib.

İnform.az

Baxış sayı: 316