Hüquq
07.08.2015 / 12:52

Silah alverçisi saxlanılıb

Silah alverçisi saxlanılıb

Bakıda qanunsuz silah-sursat alveri edən şəxslər tutulub. Bu haqda Daxili İşlər Nazirliyinin rəsmi saytında açıqlama verilib.
Məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilən "TOZ-B" markalı tüfəng və 40 ədəd patron götürülüb.

Araşdırmalar zamanı K.Məmmədovun tüfəngi satmaq məqsədi ilə Neftçala rayon sakini Amil Heybətovdan alması müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə A.Heybətov da tutulub.
Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 372