İqtisadiyyat
07.08.2015 / 12:31

"Şahdəniz"ə kapital qoyuluşu artır

"Şahdəniz"ə kapital qoyuluşu artır

Müqaviləyə əsasən, AYİB, AİB və Qara Dəniz Ticarət və İnkişaf Bankı “LUKoyl” şirkətinə 560 mln. ABŞ dolları həcmində kredit verəcək

“LUKOYL Oversiz Şahdəniz Ltd.” (“LUKOYL” ASC-nin 100% törəmə şirkəti) Azərbaycanda “Şah Dəniz” layihəsi üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) 2-ci Mərhələsinin həyata keçirilməsi çərçivəsində Bakıda bir neçə bankdan ibarət konsorsiumla 12 il müddətinə 1 mlrd. ABŞ dolları məbləğində kreditin əldə edilməsinə dair saziş imzalayıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB), Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 12 il müddətinə 560 mln. dollar məbləğində kredit təqdim edəcəklər. ING Bank N.V., Bank of China, UniCredit AG və Societe Generale banklarından ibarət kommersiya bankları sindikatı isə AYİB və AİB-ın B-loan proqramı vasitəsilə 440 mln. dollar məbləğində krediti 10 il müddətinə verəcək.

İnform.az

Baxış sayı: 291