Dünya
22.06.2015 / 00:42

Varoufakis: “Merkel Yunan hökumətini gəmidən ata bilər”

Varoufakis: “Merkel Yunan hökumətini gəmidən ata bilər”
Yunanıstan Maliyyə naziri Yannis Varoufakis, sabah keçiriləcək AB liderlərinin zirvə toplantısı öncəsi bir sıra açıqlamalar verib. Inform.az Almaniyanın deutsche welle saytına istinadən xəbər verir ki, "Frankfurter Allgemeine Sonntagszeitung" qəzetinə müsahibə verən Varoufakis, Almaniya Baş naziri Angela Merkelə də, müraciət edib.
Yunan nazir bildirib ki, Almaniya Baş naziri Angela Merkel bazar ertəsi günü əhəmiyyətli bir qərar verəcək. "Merkel istər müzakirə həlli axtaran bir hökumətlə razılığa gələr, istərsə də, prinsiplərinə sadiq və islahat yolunda Yunan xalqına liderlik edə biləcək yeganə Yunan hökumətini gəmidən ata bilər" – deyə, o qeyd edib.
Hər şeyin AB liderlərin zirvə görüşündən çıxacaq nəticədən asılı olduğunu, dilə gətirən Varoufakis, Brüsseldə razılıq əldə olunacağına əmin olduğunu bildirib. Amma, o hələ ki, razılaşma təklifinin detallarına aydınlıq gətirməyib.

Təbriz İslam/İnform.az

Baxış sayı: 421