İdman
06.08.2015 / 17:36

UEFA daha bir nümayəndə təyin edib

UEFA daha bir nümayəndə təyin edib

"Qəbələ" və Kipr "Apollon"u arasında bu gün keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə daha bir UEFA nümayəndəsi təyin edilib. İnform.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Larnaka şəhərində keçirilmiş ilk görüşdə yerli azarkeşlərin aqressiv davranışı səbəb olub.

Yaranmış gərginliyi nəzərə alan Avropa futbol təşkilatı bu gün "Bakcell Arena"da baş tutacaq qarşılaşmaya ikinci UEFA nümayəndəsi qismində Gürcüstanı təmsil edən Giorgi Pirtsxalavanı göndərib.
Qeyd edək ki, oyunun digər UEFA nümayəndəsi rusiyalı Vladislav Kodevdir.

Mədinə ABBASOVA / İnform.az

Baxış sayı: 245