Dünya
06.08.2015 / 15:54

Gürcüstan Rusiyaya qarşı deyil

Gürcüstan Rusiyaya qarşı deyil

"Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək".

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında bildirib.

“Hökumət başçısı kimi hesab edirəm ki, Gürcüstan Avropa İttifaqının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamalıdır.

Bizim bu mövqeyimiz ötən il də belə idi, indi də belədir və biz mövqeyimizi dəyişməyə hazırlaşmırıq”, - deyə İ. Qaribaşvili əlavə edib.

İnform.az

Baxış sayı: 306