Sağlamlıq
06.08.2015 / 12:00

Uşağın cinsi anadan asılıdır

Uşağın cinsi anadan asılıdır

Arıq qadınlar daha çox qız uşağı dünyaya gətirir.
İnform.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, italiyalı tədqiqatçı Ancelo Qanyaççi öz tədqiqatlarından sonra bu qənayətə gəlib.

On min doğuşu araşdıran italyan alimin sözlərinə görə, statistika ananın çəkisi ilə dünyaya gələn körpənin cinsi arasında birbaşa əlaqənin olduğunu üzə çıxarıb. Hamilə qalmaq ərəfəsində çəkisi 54 kiloqramdan az olan qadınların dünyaya qız uşağı gətirmək ehtimalı xeyli yüksəkdir. Belə qadınların dünyaya gətirdikləri hər 100 uşağın 98-i qız uşağıdır..
Çəkisi 54 kiloqramdan yuxarı olan analarda isə oğlan uşağına 10 faizi artıq rast gəlinir.

Baxış sayı: 507